Cari ildə neft məhsullarının istehsalı artıb

11:50 - 29.03.2022


29 mart, Fineko/abc.az.  Cari ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 596,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 % artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Qeyd olunur ki, yanacaq mazutunun istehsalında 8,2 dəfə, avtomobil benzininin istehsalında 51,2 %, sürtkü yağlarının istehsalında 21,5 %, dizel yanacağının istehsalında 0,5 % artım olub.

Neft koksunun istehsalı 12,2 %, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,4 % azalıb.

 

Bütün xəbərlər