Neft bahalaşır, Brent barrel başına $104,63 təşkil edir

09:23 - 4.04.2022


4 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarətində artır.

Saat 9:03-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $0,24 (0,23%) - barrel başına $104,63-ə yüksəldi. Aprelin 1-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $0,32 (0,31%) - barrel başına $104,39-a düşüb.

Saat 9:03-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin may ayı üçün fyuçersləri $0,09 (0,09%) - barel başına $99,36-a yüksəldi. Aprelin 1-də keçirilən ticarətin nəticələrinə görə, may ayı üçün WTI-nin fyuçers qiyməti $1,01 (1,01%) - barrel başına $99,27-a düşüb.

 


Bütün xəbərlər