Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

17:16 - 7.05.2018


7 may, Fineko/abc.az. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidməti xəbər verir ki, telefon danışığı zamanı prezident,  Vladimir Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Dövlət başçısı həmçinin Rusiya prezidentini 9 May - Qələbə günü münasibətilə də təbrik edib.

 Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

 

Bütün xəbərlər