Bakıda I Maliyyə Texnologiyaları və Blokçeyn Forumu keçiriləcək

12:58 - 8.05.2018


8 may, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası  I Maliyyə Texnologiyaları və Blokçeyn Forumunu keçirəcək.

ABA-nın məlumatında deyilir ki, Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda forum 17-18 may tarixlərində keçiriləcək.

“Forumun işində beynəlxalq və regional ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcəklər”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Forumda maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyaların müzakirə  olunacaq.

 

Bütün xəbərlər