Cavid Qurbanov: Bakı-Tbilisi-Qars marşrutu üzrə biletlərin qiyməti qənaətbəxş olacaq

16:22 - 8.05.2018


8 may, Fineko/abc.az. Bakı-Tbilisi-Qars marşrutu üzrə istismar ediləcək sərnişin vaqonları gələn il gətiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Cavid Qurbanovun sözlərinə görə, bildirildiyi kimi, vaqonlar,  İsveçrənin “Stadler” şirkətinə sifariş edilib.

“Daşınma tariflərinə gəldikdə, əgər elektrik enerjisi və əlavə xərclər həmin dövrdə artmayacaqsa, o zaman biletlərin qiyməti əhali üçün uyğun olacaq”, - deyə Cavid Qurbanov bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşımaları 2019-cu ildə başlayacaq.

 

Bütün xəbərlər