AZAL yoxlanılır - Qurumda audit aparılır

14:22 - 20.04.2022


20 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində yoxlamalar iki gündür başlayıb, dövlət vəsaitinin və dövlət əmlakının auditi aparılır”.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Komitə sədri bildirib ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (AZAL)a yoxlamaların iyun ayında yekunlaşması gözlənilir.

Bütün xəbərlər