Çeklərin tədavül müddətinin uzadılması məsələsi müzakirəyə çıxarılıb – Deputat

21.04.2022,14:56


21 aprel, Fineko/abc.az. Son dövrlərdə özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı ictimaiyyət arasında fikir formalaşıb. Təsadüfi deyil ki, bir sıra millət vəkilləri də çıxışlarında bu məsələni gündəmə gətirərək, çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər.

ABC.AZ xəbər verir ki, mövzu ilə bağlı yerli mediaya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılması məsələsi müzakirəyə çıxarılıb: “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirələrində sözügedən məsələyə toxunulub. Lakin qeyd etməliyəm ki, özəlləşdirmə çeklərinin yenidən istifadə edilməsi ilə bağlı fikir yoxdur. Şəxsən mən təklif etmişəm ki, özəlləşdirmə çeklərindən istifadə etmək lazımdır. Çünki bu onların payıdır. Ailələr vaxtında müəyyən səbəblərdən dolayı onlardan istifadə etməyiblər, lakin indi istifadə etməyə ehtiyac var”.