Neft bahalaşır, Brent barrel başına $106,22 təşkil edir

09:31 - 4.05.2022


4 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən sessiyanın yekunları üzrə azaldıqdan sonra çərşənbə günü hərracda yüksəlir.

Saat 09:16 üçün London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyul fyuçersləri $1,25 (1,19%) - barrel başına $106,22-ə qədər bahalaşıb. Mayın 3-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyul fyuçerslərinin qiyməti $2,61 (2,43%) - barrel başına $104,97-a düşüb.

Saat 09:15 üçün Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin iyun fyuçersləri $1,38 (1,35%) - barrel başına $103,79-a qədər yüksəldi. Mayın 3-də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun fyuçersi $2,76 (2,62%) - barrel başına $102,41-ə düşüb.


Bütün xəbərlər