330x110
 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini AHK Azərbaycanın İKT İşçi Qrupunun görüşündə iştirak edib

14.05.2018,11:17


14 may, Fineko/abc.az. 11 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir 
Vəlizadə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnformasiya və Kommunikasiya 
Texnologiyaları (İKT) İşçi Qrupunun növbəti görüşündə iştirak edib.
Görüşün əsas mövzusu 2016-cı ilin dekabrında nəşr olunan "Azərbaycan Respublikasında 
telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" olub. 
Müzakirələrdə həmçinin rəqəmsal iqtisadiyyatda və ictimai sektorda İKT səmərəliliyinin daha da 
artırılmasında İKT infrastrukturunun əhəmiyyəti vurğulanıb.
Tədbir AHK Azərbaycanın İdarə Heyətinin Sədr müavini cənab Fərid İsayevin və Almaniya Federativ 
Respublikasının Səfirliyinin Missiya rəhbərinin müavini xanım Tereza Şönfeldin salamlama nitqləri ilə
açılıb. Bundan sonra tədbir AHK Azərbaycanın İKT İşçi Qrupunun sədri cənab Rüfət Hacıəlibəyovun İşçi 
Qrupunun fəaliyyəti və görüşün əsas mövzusu barədə qısa təqdimatı ilə davam edib.
Görüşün fəxri qonağı olan cənab Vəlizadə Azərbaycanın İKT siyasəti ilə bağlı fikirlərini bölüşüb və Strateji 
Yol Xəritəsinə əsaslanan tədbirlər planını qısa şəkildə müzakirə edib. Bundan əlavə, o, sürətlə inkişaf 
edən texnologiya dünyasında 5G Texnologiyasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sual-cavab hissəsində nazir müavini görüşdə iştirak edən yüksək səviyyəli şirkət 
nümayəndələrinin suallarını cavablandırıb və onları müzakirə olunan mövzular və Azərbaycanda İKT 
strategiyasının həyata keçirilməsinin təkmilləşdirilməsinə dair imkanlar barədə təkliflərini irəli sürməyə
çağırıb.
Əlaqələndirici şəxs:

Açar sözlər: AHK Azərbaycan