Bu ölkədə benzin və dizel kəskin bahalaşdı

14:54 - 10.05.2022


10 may, Fineko/abc.az. ABŞ-da benzin və dizelin pərakəndə satış qiymətləri yay mövsümü ərəfəsində rekord səviyyəyə çatıb.

ABC.AZ xəbər verir ki, bu artımın son 40 ilin ən yüksək inflyasiyası ilə mübarizə aparmağa çalışan FED və fəaliyyəti tənqid edilən ABŞ prezidenti Co Bayden üçün əhəmiyyətli problem ola biləcəyi ifadə edilir.

Məlumata görə, benzinin orta qiyməti qallon üçün 4,374 dollara, dizelin qiyməti isə qallon üçün 5,50 dollara çatıb və rekord qırıb.

Bildirilir ki, artım dünyanın ən böyük iqtisadiyyatı üçün daha çox inflyasiya təzyiqi deməkdir.

Qeyd edək ki, ABŞ-da yay səyahətlərini təsvir etmək üçün istifadə edilən "sürücülük mövsümünün" üç həftədən sonra başlaması gözlənilir.

Bütün xəbərlər