Neft hasilatı ilə bağlı açıqlama - Azalıb

11:19 - 12.05.2022


12 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

ABC.AZ xəbər verir ki, Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub.

Respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,6 milyon ton təşkil edib.

Bütün xəbərlər