Neft ixracımız azalıb - 5 faizdən çox kiçilmə var

11:29 - 12.05.2022


12 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Energetika Nazirliyi 2022-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatları açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, nazirlikdən hesabat dövründə 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunduğu bildirilib.

Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min  tonu isə SOCAR-ın payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2021-ci ilin müvafiq dövrünə nisbətən 501 min ton, yəni 5,3 faiz azdır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər