Bu zavodun işi gələn həftədən bərpa olunacaq

12:14 - 13.05.2022


13 may, Fineko/abc.az. Gələn həftə, mayın 16-da "Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodu öz işini bərpa edəcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə zavodun direktoru Oqtay Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, zavod oz fəaliyyətini planlı şəkildə bu ilin aprelin 4-də Heydər Əliyev adına Neft Emalı Zavodu (xammal tədarükçü müəssisə - red.) ilə birlikdə dayandırıb.

O.Niftəliyev qeyd edib ki, NEZ öz fəaliyyətini bərpa etmədiyi halda da, zavodun kifayət qədər xammal ehtiyatı var ki, öz işini gələn həftənin birinci günü bərpa etsin.

Qeyd edək ki, SOCAR-a məxsus zavodun işi təmirlə əlaqədar uzun müddət idi ki, dayandırılmışdı.

Bütün xəbərlər