Dövlət büdcəsində artıqlıq yaranıb - Nazirlik məlumat yaydı

17:34 - 17.05.2022


17 may, Fineko/abc.az. Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 10 milyard 687,6 milyon manat vəsait daxil olub, büdcədən 8 milyard 168,7 milyon manat vəsait xərclənib.

ABC.AZ xəbər verir ki, büdcənin icrasında 2 milyard 518,9 milyon manatlıq profisit (artıqlıq) yaranıb.

2022-ci ilin yanvar-mart dövründə dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil etmişdi.

 

Bütün xəbərlər