Ölkədə son 4 ayda 169 ədəd traktor istehsal edilib

18.05.2022,16:34


18 may, Fineko/abc.az. Yanvar-aprelda Azərbaycanda 169 ədəd traktor istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çoxdur.

2022-ci il mayın 1-nə anbarlarda 36 ədəd traktor var. Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.

2021-ci ildə Azərbaycanda 2 min 43 ədəd avtomobil (artım 4,8%), 651 traktor (artım 2,2 dəfə) istehsal edilib.