Neft ucuzlaşır, Brent barel başına $111,54 təşkil edir

09:55 - 20.05.2022


20 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü keçirilən hərracda azalır.

London ICE Futures birjasında keçirilən hərracda Brentin iyul fyuçersləri saat 09:35-dək $0,50 (0,45%) - barrel başına $111,54-dək ucuzlaşıb. Mayın 19-da keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyul fyuçersinin qiyməti $2,93 (2,69%) - barrel başına $112,04-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) hərracında WTI-nin  iyul fyuçersləri saat 09:35 - də $0,56 (0,51%) - barrel başına $109,33-ə düşüb. Mayın 19 - da hərracların nəticələrinə görə, WTI –nin iyul ayı fyuçerslərinin qiyməti $2,89 (2,70%) artaraq barel başına $109,89-a çatıb.

İlin əvvəlindən, pandemiyadan sonra tələbatın bərpası, həmçinin Rusiya-Ukrayna münaqişəsi səbəbindən bazarda təklifin azalması hesabına, neft 40%-dən çox bahalaşıb.

Bütün xəbərlər