Nağdsız valyuta bazarında aparılmış əməliyyatların məbləği 25 faizdən çox artıb

10:41 - 26.05.2022


26 may, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

İcmalda qeyd edilib ki, I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların məbləği əvvəlki ilə nəzərən 25,8 % artaraq 7,4 milyard ABŞ dolları ekvivalentində olub.

Nağdsız valyuta əməliyyatlarının 86,9 %-i ABŞ dollarında, 13,1 %-i isə digər valyutalarda aparılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər