"Aqroservis" ASC 30 ədəd taxılyığan kombayn alır

12:21 - 27.05.2022


27 may, Fineko/abc.az. "Aqroservis" ASC 30 ədəd taxılyığan kombaynın satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 6,484 milyon manatlıq tenderin qalibi "Grand Motors Company" QSC-dir.

Xatırladaq ki, "Grand Motors Company" QSC bundan əvvəl "Azərpambiq Aqrar Sənaye Kompleksi" MMC-nin 28 ədəd Landini modelli traktorlar üçün servis xidmətinin satın alınması üzrə 324 358 manatlıq tenderini qazanıb.

Bütün xəbərlər