Azərbaycan zərərli proqramların ən çox hücumuna məruz qalan 10 ölkə arasındadır

10:55 - 3.06.2022


3 iyun, Fineko/abc.az. Azərbaycan maliyyə yönümlü zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin sayına görə ilk 10 ölkəyə daxil olub.

ABC.AZ xəbər verir ki, Kaspersky 2022-ci ilin birinci rübündə qeydə alınan maliyyə təhdidləri haqqında hesabatını dərc edib*.

Ümumilikdə, yanvar-mart ayları ərzində şirkətin həlləri 107848 unikal istifadəçinin kompüterində bank hesablarından pul oğurlamaq məqsədilə işə salınan bir və ya bir neçə maliyyə yönümlü zərərli proqram aşkarlayıb. Eyni zamanda, Azərbaycan hücuma məruz qalan istifadəçilərin payına görə 7-ci yeri tutaraq ilk onluğa daxil olub.

Əsas maliyyə təhdidləri sırasına bank troyanları, həmçinin ATM və ya PoS üzərindən müdaxilə edən zərərli proqramları daxildir. Onların hamısı istifadəçilərin bank hesablarından pul oğurlamaq üçün nəzərdə tutulub.

Bundan əlavə, zərərli proqramlar təcavüzkarlara fərdi kompüteri uzaqdan idarə etmək, ekranın görüntülərini çəkmək, klaviaturadan daxil edilmiş məlumatları ələ keçirmək, istifadəçinin kompüterinə zərərli faylları yükləmək və onları işə salmaq imkanı verə bilər.

 

Bütün xəbərlər