Nazirlər Kabinetindən qərar – Detallar

15:18 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Ölkədə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydası təsdiq edilib.

Nazirlər Kabinetindən ABC.AZ-a verilən məlumata görə, qərarla təsdiq edilmiş “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nda aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatlaşdırılması üzrə tələblər, sertifikatların verilməsi, qüvvədəolma müddətlərinin uzadılması, dayandırılması və ləğv edilməsi qaydaları, əlaqəli hüquqi və təşkilati prosedurlar, həmçinin səlahiyyətli dövlət orqanlarının və müvafiq subyektlərin həmin məsələlərlə bağlı hüquq və vəzifələri müəyyən edilib.

 

Bütün xəbərlər