Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

11:01 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

ABC.AZ Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, seçkilərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin sözügedən Komitəsinin hazırda üzvü və sədr müavini olan Elgün Səfərov mübarizə aparıb.

Azərbaycanlı namizəd 187 dövlətin iştirak etdiyi səsvermədə 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib.

Bütün xəbərlər