Finlandiya istehdalçısı Rusiya bazarını tərk edir

10:34 - 29.06.2022


29 iyun, Fineko/abc.az. Rusiya Federasiyasını tərk etmək qərarına gələn Finlandiyanın təkər istehsalçısı "Nokian Tyres", iyul ayında Leninqrad vilayətinin səlahiyyətlilərinə bölgədə yerləşən zavodun 300 işçisinin işdən çıxarılması barədə məlumat verib.

ABC.AZ xəbər verir ki, vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Leninqrad vilayətinin administrasiyası tərəflərin razılığı ilə 2022-ci ilin iyulunda Nokian Tyres şirkətinin 300 əməkdaşının işdən çıxarılması barədə bildiriş alıb. Şirkətin Rusiya bazarından "nəzarət altında çıxışı" planlarına gəlincə, hazırda biz daha ətraflı məlumat gözləyirik. Nokian Tyres-dən çıxış modeli haqqında məlumat gözləyirik, bundan sonra Rusiya qanunvericiliyinin tələbləri ilə əlaqələndiriləcək və kompensasiya tədbirləri hazırlanacaq”, - məlumatda deyilir.

Bütün xəbərlər