Gürcüstanın ən böyük vergi ödəyiciləri Azərbaycan şirkətləridir

11:51 - 29.06.2022


29 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.

ABC.AZ-ın məlumatına görə, biznes forumda indiyə qədər Azərbaycan şirkətlərinin Gürcüstana 3,5 milyard ABŞ dollarından çox investisiya yatırdığı açıqlanıb.

Qeyd edilib ki, həmin məbləğin 1,5 milyard dolları Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

"Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı olmaqla bu ölkəyə ən çox investisiya yatıran ölkələrdən biridir. Azərbaycan şirkətləri Gürcüstanın ən böyük vergi ödəyiciləridir. Onların hesabına qonşu ölkədə minlərlə iş yeri yaradılıb. Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, ötən il iki ölkə arasında ümumi dəyəri 1 milyard dollardan çox olmaqla ticarət aparılıb", - deyə forumda qeyd edilib.

Bütün xəbərlər