Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının iclası sentyabrda keçiriləcək

16:00 - 22.05.2018


22 may, Fineko/abc.az. Azərbaycanla Serbiya arasında hökumətlərarası komissiyanın növbəti iclasının tarixi müəyyənləşib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iclas  sentyabr ayında Serbiyada keçiriləcək.

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev və Serbiya prezidenti Aleksandr Vuçiçin iştirakı ilə biznes forum keçirilib.

 

Bütün xəbərlər