Azərbaycanda daha 3 radio açılacaq

10:15 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Audiovizual Şurası üç ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün müsabiqələr elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə Audiovizual Şuranın iyulun 7-də keçirilən iclasında qərar qəbul olunub.

İclasda bununla bağlı Şura üzvlərinə məlumat verilib, alınan məlumatlar əsasında Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər.

Aparılan müzakirələrdən sonra yayım üçün yararlı radiotezlik resurslarından səmərəli istifadə olunmasını təmin etmək, həmçinin ümumölkə miqyasında radio yayımında müxtəlifliyin inkişafına nail olmaq məqsədilə üç yeni ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün “Media haqqında” qanunun 29.1, 50.1.3 və 51.1-ci maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrı müsabiqələrin elan edilməsi barədə qərarlar qəbul edilib.

Bütün xəbərlər