Avropanın enerji xəritəsini tamamilə dəyişmişik - İlham Əliyev

17:00 - 18.07.2022


18 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan və Arvopa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

ABC.AZ xəbər tədbirdə Prezident İlham Əliyev bəzi məsələlərlə bağlı açıqlama verib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın irəli sürdüyü və Avropa İttifaqı tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib:  “Enerji sahəsində bizim fəal əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü memorandum bizim aramızda imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalamışıq. Beləliklə, bizim yaxşı tariximiz və yaxşı nailiyyətlərimiz var. Azərbaycanın irəli sürdüyü və Aİ tərəfindən dəstəklənən, bizim tərəfdaşlarımız tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib”.

Bütün xəbərlər