“Milla”-nın dövlətə borcu yaranıb

12:25 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Azərbaycanın aparıcı süd məhsulları istehsalçılarından biri olan “AZ FP CO LTD” MMC-nin (VÖEN- 1300995031) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.

ABC.AZ xəbər verir ki, borc barədə məlumat şirkətin maliyyə hesabatında öz əksini tapıb.

Belə ki, şirkətin 19.07.2022-ci il tarixinə olan vergi borcu 252 min 523 manat 67 qəpik təşkil edir. Məlumat üçün bildirək ki, “AZ FP CO LTD” MMC öz məhsullarını bazara “Milla” markası ilə çıxarır. Şirkət dövlət qeydiyyatına 2006-cı ildə alınıb. Nizamnamə kapitalı 41 milyon 131 min 39 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir. Hazırda şirkətə Qabil Əhmədov rəhbərlik edir.

Bütün xəbərlər