Azərkosmos Avropa şirkəti ilə müqavilə imzaladı - Detallar

16:39 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərkosmos və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında uzunmüddətli kommersiya müqaviləsi imzalanıb.

ABC.AZ xəbər verir ki, müqaviləyə əsasən, Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılan yerüstü stansiya “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradacaq.

Yerüstü stansiyada quraşdırılan 3,7 metrlik S/X diapazonlu müasir anten sistemi müxtəlif peyklərdən əldə olunan kritik məlumatların emalı, ötürülməsi, telemetriya və peyk şəbəkələri arasında nəzarəti saxlamaq və kosmosda olan aparatları monitorinq etmək üçün geniş həllər təmin edəcək.

 

Bütün xəbərlər