"Tesla"nın gəlirləri 42 faiz artıb - Şirkət böyüyüb

10:39 - 21.07.2022


21 iyul, Fineko/abc.az. "Tesla" 2022-ci ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkətin gəliri bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 42% artaraq 16,9 milyard dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, adıçəkilən şirkət ötən ilin ikinci rübündə 11,9 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin gəlirləri ikinci rübdə ilin birinci rübü ilə müqayisədə 10 faiz azalıb. Qeyd edək ki, "Tesla" birinci rübdə 18,8 milyard dollar gəlir əldə etmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər