Asiya İnkişaf Bankı Azərbaycanın Əmanətlərin Sığortalanması Fonduna texniki dəstəyin göstərilməsi imkanlarını qiymətləndirir

17:57 - 23.05.2018


23 may, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Asiya İnkişaf Bankının tematik qiymətləndirmə üzrə mütəxəssisi Hayme Haramillo-Vallexonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fondun məlumatında deyilir ki, görüş gedişatında AİB tərəfindən göstərilə biləcək texniki yardımın sahələri müzakirə  edilmiş və qiymətləndirilmişdir.

“Görüşdə həmçinin əmanətlərin sığortalanması sistemində aparılan islahatlar, ləğvetmə prosesinin daha səmərəli, şəffaf və çevik keçirilməsi istiqamətində görülən işlər, Fondun təşkilati strukturunun optimallaşdırılması, qorunan əmanətlər üzrə ödənişlərin ilk dəfə olaraq nağdsız qaydada ödənilməsi, elektron xidmətlər, mərkəzləşdirilmiş informasiya sisteminin qurulması üzrə aparılan işlər və s. müzakirə edilmişdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər