Bu şirkətin xalis mənfəəti ötən ildəkindən 27 faiz az olub - Hesabat

10:15 - 26.10.2022


26 oktyabr, Fineko/abc.az. Dünyanın ən qabaqcıl, böyük şirkətləri son 3 ayın maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, "Alphabet"in maliyyə nəticələri gözləntiləri doğrultmayıb.

"Alphabet"in ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 69,1 milyard dollara çatıb. Şirkətin 2021-ci ilin üçüncü rübündə gəliri 65,1 milyard dollar təşkil etmişdi.

"Alphabet"in gəliri üçüncü rübdə bazarın gözləntilərindən aşağı olub, şirkətin gəlir artımı yavaşlamağa davam edib.

Şirkətin xalis mənfəəti isə üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar təşkil edib.

“Alphabet” ötən ilin üçüncü rübündə 18,9 milyard dollar xalis mənfəət əldə etmişdi.

 

Other news