Mərkəzi Bankın uçot dərəcəsini artırması kredit faizlərinin çoxalmasına təsir etməməlidir – Vüsal Qasımlı

12:12 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. Mərkəzi Bankın uçot dərəcəsini artırması bankların kredit faizlərini artırmasına təsir etməməlidir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, AMB-nin uçot siyasəti inflyasiyanın cilovlanmasına yönəlib.

İcraçı direktor hesab edir ki, gələn il üzrə ümumilikdə inflyasiya azalacaq:

“Belə olan halda bankların verdikləri kreditlər daha aşağı inflyasiya dövründə geri qaytarılacaq. Banklar bunu kredit faizlərində nəzərə almalıdırlar”.

O həmçinin əlavə edib ki, maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir:

"Belə ki, son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlib. İqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatıb".

 

Other news