20 mindən çox azərbaycanlı yeni il tətillərini Gürcüstanda keçirib

11:22 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejimdə işləyiblər.

Avtovağzal  5 yanvar tarixinə qədər bu rejimdə işləməyə davam edəcək.

Bayram günlərində böyük sərnişin axını səbəbindən, dəmiryolçuları daxili reyslərinin qatarlarına və  Bakı-Tbilisi-Bakı reysinin qatarlarına əlavə 82 vaqon birləşdirməli olublar. Bakı- Tbilisi -Bakı reysi ilə bayram günlərində 20 171 sərnişin daşınıb ki, bu da adi günlərdən dəfələrlə çoxdur. 30 dekabr 2018-ci ildən fəaliyyət göstərən Bakı-Gəncə-Bakı reysi 309 sərnişin tərəfindən istifadə olunub.

Bayramlarda avtobus reysləri ilə 111 066 sərnişin daşınıb.

 

Other news