Azərbaycan strateji sahələrin inkişafı üçün BMT tərəfindən ayrılan vəsaitin 95%-ni xərcləyib

13:20 - 3.05.2019


3 may, Fineko/abc.az. 2018-ci ildə BMT və Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsinə 4,998,519 ABŞ dolları xərclənib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, vəsaitlər "Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında 2016-2020-ci illər üçün tərəfdaşlıq haqqında çərçivə sənədi" çərçivəsində ilk strateji istiqamətində istifadə olunub.

“3 strateji istiqaməti əhatə edən sənəd çərçivəsində ümumilikdə 71,9 milyon dollar ayrılması planlaşdırılır və bu gün 68,2 milyon dollar və ya onlardan 95 faizi istifadə olunub”, - Şahin Mustafayev belə deyib.

 

Other news