Dövlət Turizm Agentliyi açıq tender elan edir

15:01 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi www.tourismboard.az veb-səhifəsinin yenidən qurulması işlərinin satın alınması üçün açıq tender elan edir.

Açıq tenderdə veb-səhifələrin yenidən qurulması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.

Elanda qeyd olunur ki, iddiaçılar  tenderdə iştirak etmək üçün sənədləri 9 iyul 2019-cu il saat 17.00-dək, tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 22 iyul 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə ünvana təqdim etməlidirlər.

Əlaqələndirici şəxs – Mehman Bayramov,

Tel.:- +994125058704

Faks- +994124920592

e-mail: [email protected]

 

Other news