Azərbaycanda nağdsız ödənişlər artıb- Zakir Nuriyev

09:50 - 4.10.2019


4 oktyabr, Fineko/abc.az. Hazırda Azərbaycanın bank sektorunda 7,2 milyon kart mövcuddur.

ABC.AZ xəbər verir ki,  bunu "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf" mövzusuna həsr olunmuş 6-cı İnvestorlar Yarmarkasında Banklar Asossasiyasının sədri Zakir Nuriyev bildirib. 

O, qeyd edib ki, ötən ilin avqust ayı ilə müqayisədə bu ilin eyni dövrünə olan statistikaya görə, ölkədə nəğdsiz ödənişlər 58 faiz artıb. Z.Nuriyev bank sektorunda rəqəmsallaşmağa da toxunub: "Biz bu gün mikromaliyyələşdirmə sahəsinin, o cümlədən cəmiyyətin rəqəmsallaşması ilə bağlı istəyini nəzərə alıb hüququ bazanım yaradılmasına nail olmalıyıq.  Bunun üçün lazım olan bütün dəstəyi göstərməyə hazırıq". 

 

Müəllif: Elmir Murad

Other news