Samir Şərifov: Artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır

11:46 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. Artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır. Bizdə 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur ki, əsasən dövlət əsaslı vəsait qoyuluşuna yönəldilsin.

Bu sözləri Maliyyə naziri Samir Şərifov oktyabrın 15-də  Prezidenti İlham Əliyevin yanında keçirilən keçirilən iqtisadi müşavirədə söyləyib.

“Cari ildə bir çox sosial islahatlar dövlət büdcəsi hesabına maliyyələşdirilib. Nəticədə büdcədə müəyyən struktur dəyişikləri baş verib və büdcənin cari xərcləri, yəni, sosialyönümlü xərcləri 3,7 milyard manat artıb, investisiya dövlət əsaslı vəsait qoyuluşu xərcləri isə azalıb. İnvestisiya xərclərinin ümumi daxili məhsulun iqtisadi artımına müsbət təsiri, eyni zamanda, ölkədə iqtisadi fəallığın təmin edilməsində əhəmiyyəti nəzərə alınaraq onu əvvəlki səviyyələrə çatdırmaq üçün tədbirlər görülür.”-deyə Nazir bildirib.

Maliyyə naziri onu da vurğuladı ki, görülən tədbirlər nəticəsində əlavə 1,3 milyard manat vəsait yaradılıb, bu isə 7,7 % artım deməkdir. Neft gəlirlərinin hesabına maliyyələşən xərclərin ildən-ilə azaldılmasını təklif edən Samir Şərifov əlavə gəlirlər və əvvəlki illərdə toplanmamış vəsaitlər hesabına artan dövlət büdcəsinin maliyyələşdirilməsinin təmin olunacağını vurğuladı.

 

Other news