Qızıl ehtiyatları artıb - 3 min tona yaxınlaşıb

15:21 - 13.01.2020


13 yanvar, Fineko/abc.az. 2019-cu ildə beynəlxalq fondlardakı qızılın bazar dəyəri 2018-ci ilə nisbətən 37 faiz artaraq 141 mlrd. dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) "Qlobal Qızıl əsaslı fond axını 2019" hesabatında bildirilib. Məlumata görə, keçən il qızıl ehtiyatları 2018-ci ilə nisbətən 400 ton artaraq 2.881 ton olub. Bununla da qızıl tarixi rekordunu yeniləyib.

Qeyd edək ki, 2019-cu ildə qlobal qeyri-müəyyənliklər və "ticarət müharibələri" investorları "təhlükəsiz liman" olan qızıla yönəldib.

Müəllif: Elmir Murad

 

Other news