Bank sektorunda kredit qoyuluşları azalıb – Bir ayın hesabatı

11:11 - 1.06.2020


1 İyun, Fineko/abc.az. 2020-ci ilin aprel ayında bank sektorunun kredit qoyuluşlarının həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə kredit qoyuluşları 490.5 milyon manat azalıb.

Aprelin əvvəlində 15 milyard 232.7 milyon manat təşkil etmiş kredit qoyuluşları mayın 1-nədək 14 milyard 742.2 milyon manatadək geriləyib. Müqayisə üçün qeyd edək ki, kredit qoyuluşları ilin əvvəlinə nisbətən 158.7 milyon manat azalıb.

Mərkəzi Bankdan bildirilib ki, kredit qoyuluşlarında azalma aprel ayında lisenziyası ləğv edilmiş banklarla əlaqədardır.

Müəllif: Elmir Murad

 

Other news