Cəmi aktivləri 5 milyondan 3 milyon manata düşən BOKT – Hesabat

10:50 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Effektinvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ilin nəticələri üzrə maliyyə hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkətin vergitutulmadan əvvəlki mənfəəti 7,8 min manat təşkil edib (2018-lə müqayisədə 4,5 dəfə az).

Beləliklə"Effektinvest" 2019-cu ili 6,2 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki ildən 4,6 dəfə və ya 22,4 min manat aşağıdır.

Belə ki, şirkətin 2018-ci ildə xalis mənfəəti 28,6 min manat idi. Həmçinin 2019-cu ilin nəticələrinə görə, BOKT-un cəmi aktivləri 28,1% azalaraq 5 milyon 13 min manatdan, 3 milyon 602 min manata düşüb.

Müəllif: Elmir Murad

 

Other news