ÜDM istehsalı azalıb - 10 ayın hesabatı

15:07 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz az ümumi daxili məhsul istehsal olunub.

ABC.AZ xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin bu ilin 10 ayı üçün yaydığı hesabatında qeyd olunub. Sözügedən dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb.

Müəllif: Elmir Murad

 

Other news