Qızıla tələb azalır – Səbəblər

11:16 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Maliyyə bazarlarında artan risk fonunda qızıla tələb də azalmaqdadır.

ABC.AZ-ın məlumatına görə, cari ticarət həftəsinə enişlərlə başlayan qiymətli metalın bir unsiyası hazırda dünya birjalarında 1807$-dan təklif edilir.

Qiymət əgər $1800 səviyyəsini qırarsa, növbəti hədəfləri 1783$ və 1757$ səviyyələri ola bilər.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da iqtisadi inkişaf səviyyəsində, əmək bazarı, həmçinin saat 19:00-da daşınmaz əmlak  bazarı ilə bağlı statistik rəqəmlərin dərci gözlənilir.

Müəllif: Elmir Murad

 

Other news