Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 1,09 faiz proqnozlaşdırılıb

11:22 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. 2021-ci il üçün Dövlət Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisi 65 faiz, avroda 20 faiz, ingilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir.

Qeyd olunub ki, 2021-ci il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 1,09 faiz proqnozlaşdırılıb ki, bu da fondun investisiya portfelinin bütün alt portfellərinin gəlirliliklərinin cəmi kimi müəyyən edilir.

 

Other news