330x110
 

Füzuli aeroportu payızın əvvəlində istifadəyə buraxmağı planlaşdırırıq - Prezident

26.02.2021,11:45


26 fevral, Fineko/abc.az. Füzulidə aeroport tikintisi başlayıb. İlk öncə minatəmizləmə prosesinə başladıq.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Dövlət başçısı qeyd edib ki, bu proses artıq başa çatır: “Yaxın zamanda aeroport istifadəyə veriləcək. Bu, beynəlxalq aeroport olacaq. Uçuş xətti hər növ təyyarələri qəbul edə biləcək. Aeroport həm yüklərin daşınması üçün, həm də turistlərin Şuşaya səfəri üçün istifadə ediləcək. Tikinti prosesini tezləşdirmək çətindir, çünki minalardan təmizlənməyə dair məsələlər var. Ancaq biz aeroportu payızın əvvəlində istifadəyə buraxmağı planlaşdırırıq”.