Azərbaycan birbaşa beynəlxalq dəmir yolu rabitəsi haqqında Konvensiyaya həsr olunmuş konfransda təmsil olundu

13:41 - 2.04.2018


2 aprel, Fineko/abc.az. Varşavada “Birbaşa beynəlxalq dəmir yolu rabitəsi haqqında Konvensiya”nın mətninin qəbul edilməsi üzrə Beynəlxalq konfransın IV sessiyası keçirilib.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-in məlumatında deyilir ki, tədbirdə QSC-in hüquq şöbəsinin müdiri Nicat Quliyev və  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi Ayxan Alməmmədov iştirak etdilər.

“Sessiya zamanı “Birbaşa beynəlxalq dəmir yolu rabitəsi haqqında Konvensiya” layihəsinin 28-38-ci maddələrinin müddəalarına baxılmış, onların bəzilərinə əlavələr və dəyişikliklər edilmişdir. Həmçinin Konfransın IV sessiyasında Konvensiya layihəsinin mübahisəli maddələrinin nəzərdən keçirilməsi və işlənilməsi üçün İşçi Qrupun yaradılmasına dair qərar verilmişdir”, - məlumatda belə deyilir.

Konfransın V sessiyasını Varşavada 2018-ci ilin 19 noyabr tarixindən 23 noyabr tarixinə qədər keçirilməsi qərara alınıb.

 

 

Other news