330x110
 

Azad olunmuş ərazilərimizə konteynerlərlə yük daşımmasına başlanıb

15.10.2021,16:38


15 oktyabr, Fineko/abc.az. “ADY Konteyner” MMC ilk dəfə olaraq  TURKUAZ layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə - Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşımasını həyata keçirir.

“ADY Konteyner”dən ABC.AZ-a daxil olan məlumata görə, qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir. 28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb.

Konteynerlər 40 futluqdur. Qatar ölkəmizin ərazinə çatdıqdan sonra  dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək.

Daha  sonra  konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.