2021-ci ildə Rusiyada ən çox varlanan "Telegram"ın yaradıcısı olub

10:09 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. 2021-ci ildə ən çox varlanan rusiyalı milyarderlərin reytinqinə "Telegram" messencerinin yaradıcısı Pavel Durov başçılıq edir.

ABC.AZ xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazı hazırlayıb.

Yazıda P.Durovun sərvətinin 13,81 milyard dollar artaraq 17,24 milyard dollara çatıb.

Jurnalın məlumatına görə, Durovun sərvəti onun əsas sərvətinin yenidən qiymətləndirilməsi hesabına kəskin şəkildə artıb.

2021-ci ilin mart ayında "Telegram" ilk dəfə öz istiqrazlarını yerləşdirib və bazardan 1 milyard dollar cəlb edib. Həmçinin 2021-ci ilin oktyabrında Facebook, Instagram və WhatsApp-ın işində nasazlıqdan sonra "Telegram" istifadəçi bazasını kəskin şəkildə artırıb. "Telegram"ın 70 milyon yeni istifadəçisi var.

Müəllif: Elmir Murad

Other news