Sabah Bakıda daha bir yol təmirə bağlanacaq

16:47 - 23.05.2018


23 may, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edir.

Agentliyin təqdim etdiyi xəbərə əsasən,  Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində təmir işlər aparılır.

“Bununla bağlı, sabah gün ərzində sözügedən sahədə hərəkət məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur”, - məlumatda belə deyilir.

 

Other news