“Kapital Bank”-ın səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

11:50 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. 20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC ümumi dəyəri 19,999,999.95 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

BFB-dən ABC.AZ-a verilən məlumata görə, səhmlərin sayı 1 614 205 ədəd, hər birinin nominal dəyəri 12.39  manatdır.

22 dekabr 2022-ci il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Вся лента