Azərbaycanda hava şəraitinin dəyişilməsi gözlənilir: temperatur 3-5 dərəcəyə qədər düşəcək

30.10.2017,14:33


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ölkə ərazisində havanın sərtləşməsi barədə xəbər verir.

Nazirlikdən verilən məlumata əsasən, sabah, oktyabrın  31-də Bakı və Abşeronda dəyişkən-buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir, şimal-qərb küləyi  şimal-şərq küləyi ilə əvəz olunacaq.

“Havanın temperaturu Abşeron yarımadasında gecə +14-17, gündüz +18-22, Bakıda gecə +15-17, gündüz +19-21 dərəcə təşkil edəcək”, - məlumatda belə deyilir.

Həmçinin nazirliyin məlumatında deyilir ki, ölkənin bölgələrində arabir yağış yağacağı və qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə +10-15, gündüz +18-23, dağlarda gecə +4-9, gündüz +11-16 dərəcə  təşkil edəcək.

Azərbaycanın  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bəzi rayonlarda oktyabrın 31-i axşamdan noyabrın 02-si səhərədək şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi barədə xəbərdarlıq edir.

Hazirlik həmçinin bildirir: “Əvvəlki günlərlə müqayisədə, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək”.

 

Ключевые слова: hava